top
Mateuş Koxalski Premyer Liqaya can atır: Məni aparın! Idman.biz
26 fevral 2026, 13:47
- ↺ +

Mateuş Koxalski Premyer Liqaya can atır: "Məni aparın!"

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında "Nyukasl"a qarşı keçirilən oyunlardan sonra İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini açıq şəkildə bəyan edib. Koxalski "Nyukasl"a qarşı oyundan sonra Eddi Houya müraciətlə, "gəl və məni apar" ifadəsini işlədib. İki oyunun cəmində qapısından doqquz qol buraxmasına baxmayaraq, 25 yaşlı qolkiper göstərdiyi oyunla rəqib tərəfin rəğbətini qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri yazıb. Koxalskinin performansı xüsusilə "Nyukasl"ın ulduzu Entoni Qordon tərəfindən yüksək qiymətləndirilib. Bakıda keçirilən və "Qarabağ"ın 1:6 hesablı məğlubiyyəti ilə başa çatan ilk görüşdə polşalı qapıçı komandasının ən yaxşısı olub. O, həmin oyunda səkkiz seyv edərək hesabın daha da böyüməsinin qarşısını alıb. Çərşənbə axşamı baş tutan cavab qarşılaşmasında (2:3) isə o, daha beş dəfə komandasını qoldan xilas edib.

Hazırda "Nyukasl"ın baş məşqçisi Eddi Hau yeni qapıçı axtarışındadır. İcarə əsasında komandada olan Aaron Ramsdeylin çıxışı rəhbərliyi tam qane etmədiyi üçün klubun transfer siyahısında "Mançester Siti"nin üzvü Ceyms Traffordun da adı var. Lakin Koxalski bu çıxışı ilə həm Haunun, həm də digər Premyer Liqa klublarının diqqətini çəkəcəyinə ümid edir.

Koxalski "Nyukasl"la oyundan sonra İngiltərə mətbuatına geniş müsahibə verib. O, doqquz qol buraxmasına baxmayaraq, göstərdiyi oyunun Premyer Liqa skautlarının diqqətindən qaçmadığına ümid etdiyini bildirib.

"Sun Sport" nəşrinin yazdığına görə, 25 yaşlı qolkiper karyerası ilə bağlı iddialı hədəflərini bölüşüb:

"İngiltərəyə transfer olunmaq mənim ən böyük xəyalımdır. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib. Premyer Liqa və ya Çempionşip klublarının skautlarının məni izlədiyinə və gələcəkdə transferimə çalışacaqlarına ümid edirəm. İki oyuna doqquz qol buraxdığım üçün, əlbəttə ki, xoşbəxt deyiləm. Lakin insanların çıxışım barədə müsbət danışması mənim üçün böyük motivasiyadır".

Koxalski ilk matçda ona dörd qol vuran Entoni Qordonun oyunsonu ona yaxınlaşaraq dəstək verdiyini də vurğulayıb:

"Künc zərbəsi zamanı etdiyim səhvdən sonra Entoni Qordon yanıma gəldi və dedi: "Qəzəblənmə, sən çox yaxşı qapıçısan, belə də davam et". Belə böyük oyunçudan bu sözləri eşitmək mənə əlavə güc verir".

Polşa millisinə çağırılmağı hədəfləyən qapıçı gələn ay keçiriləcək Dünya Çempionatının pley-off mərhələsi barədə də danışıb:

"Milli komandada oynamaq da əsas hədəflərimdən biridir. Böyük liqalarda çıxış edən təcrübəli qapıçılarımız çoxdur, lakin ümid edirəm ki, pley-off oyunlarına və Dünya Çempionatına çağırılacağam. Təbii ki, son qərar məşqçinindir".

Qeyd edək ki, 2024-cü ildə "Qarabağ"a transfer olunan Mateuş Koxalski daha əvvəl Polşanın "Legiya Varşava" və "Stal Melets" klublarında çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Oxşar xəbərlər