top
Mateuş Koxalski: Atletiklə oyunda da istəyimizə çatacağıq - MÜSAHİBƏ Idman.biz
18 oktyabr 2025, 11:51
- ↺ +

Mateuş Koxalski: "Atletik"lə oyunda da istəyimizə çatacağıq" - MÜSAHİBƏ

"Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq".

Bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdiniz. Əzmkar qələbəni necə şərh edərdiniz?

- İlk hissədə elə də yaxşı çıxış etmədik. Lakin fasilədən sonra toparlandıq və daha yaxşı oynadıq. Bunun da nəticəsində qələbə qazandıq, istəyimizə çatdıq və vacib 3 xal əldə etdik. Bu nəticəyə görə çox xoşbəxtəm.

- Fasilədə nə dəyişdi ki, "Qarabağ" ikinci hissədə üstünlüyü tam ələ aldı?

- Baş məşqçimiz iki əvəzetmə etdi. Bu da oyunumuzu dəyişdi. Üstəlik, fasilədə bizimlə söhbət də etdi. Komandanı daha da çox motivasiya etdi və bütün bunlar bizə müsbət təsir göstərdi. Özünüz də gördünüz ki, ikinci hissədə meydanda çox yaxşı "Qarabağ"a var idi.

- Deyə bilərik ki, "Qarabağ" "Atletik"lə oyuna hazırdır?

- "Qarabağ" hər zaman hazırdır. İstər ölkə çempionatının oyunu olsun, istər Çempionlar Liqasının.

- Necə düşünürsünüz, "Qarabağ" ÇL-dəki uğurlu çıxışını çətin İspaniya səfərində də davam etdirə biləcək?

- Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq. Güclü komanda olduğumuzu sübut etmişik. Göstərmişik ki, hər matçda qələbə qazanmağa qadirik. "Atletik"lə görüşdə də o cümlədən. İnanırıq ki, səfərdə oynasaq da, istəyimizə çatacağıq.

- Deyilənə görə, "Atletik"in baş məşqçisi Ernesto Valverde "Qarabağ"a çox qol vurmalarını arzulayır...

- Buna bənzər fikirləri "Benfika"nın da, "Kopenhagen"in də baş məşqçisi demişdi. Onlar da bizə çox qol vurmaq istəyirdilər. Axırı nə oldu? Oyundan öncə çox adam çox şey deyə bilər. Əsas nə olacağını oyunda görəcəyik.

- Xarici mətbuatda Dortmund "Borussiya"sının sizinlə maraqlandığı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Bu xəbəri şərh edə bilmərəm. Elə mən də ancaq yazılanları oxumuşam. Başqa heç bir məlumatım yoxdur.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Oxşar xəbərlər