top
Martin Adam: Qarabağın Ferensvaroş üzərində qələbəsi, cavab matçı və komanda haqqında fikirləri Idman.biz
25 avqust 2025, 13:55
- ↺ +

Martin Adam: "Qarabağ"ın "Ferensvaroş" üzərində qələbəsi, cavab matçı və komanda haqqında fikirləri

Macarıstan millisinin hücumçusu Martin Adamın AZƏRTAC-a müsahibəsi

- "Qarabağ" ilk oyunda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub etdi. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?

– Oyunu izləmək maraqlı idi, çünki iki fərqli hissə gördük. Birinci hissədə "Ferensvaroş" daha çox imkan əldə etdi və gözəl qol vurdu. İkinci yarıda isə Bense Etvöş zədələndiyi üçün Aleks Tot dayaq yarımmüdafiəçisi mövqeyinə çəkilməli oldu və bu, oyunun gedişatını dəyişdi. "Qarabağ" da bu üstünlükdən yaxşı istifadə etdi. "Ferensvaroş"un üç müdafiəçisi "Qarabağ"ın sürətli və texnikalı cinah hücumçularının qarşısını almaqda çətinlik çəkirdi. Azərbaycan çempionu layiqli qələbə qazandı. Amma cavab matçı var, hələ heç nə bitməyib.

– Cavab görüşündə hansı amillər həlledici ola bilər?

– İlk qol həlledici olacaq. Əgər "Qarabağ" qol vurarsa, demək olar ki, hər şey bitəcək. Amma ilk qolu "Ferensvaroş" vura bilsə, onda hər şey yenidən başlayacaq. Səbirli olmaq vacibdir. "Ferensvaroş" hücum etməli olacaq, amma eyni zamanda müdafiədə çox boşluq verməməlidir. Çünki "Qarabağ"ın sürətli və texniki cəhətdən güclü hücumçuları bundan dərhal istifadə edirlər. Bu, çox böyük və çətin tapşırıqdır, amma mümkünsüz deyil.

– Ümumiyyətlə, "Qarabağ" haqqında fikirləriniz maraqlıdır...

– "Qarabağ" böyük tarixə malik komandadır. Bilirəm ki, çətin yollardan keçərək bu səviyyəyə çatıb. Yüksək nəticələr əldə edirlər. Qurban Qurbanov 17 ildir komandaya rəhbərlik edir, bu isə müasir futbolda çox nadir görünən haldır. Hər kəs öz məsuliyyətini yaxşı bilir və komandanın uzun illərdən bəri formalaşmış güclü heyəti var. Yeni gələn futbolçular da keyfiyyətlidir və tez bir zamanda kollektivə uyğunlaşıblar. Məncə, bu, "Qarabağ"ın "Ferensvaroş"a nisbətən ən böyük üstünlüyüdür. Çünki Macarıstan klubunda hər il heyətdə çoxlu dəyişiklik olur.

– "Qarabağ"da bəyəndiyiniz futbolçular varmı?

–Əlbəttə, bu komandada çox yaxşı oyunçular var. Məsələn, pleymeyker Marko Yankoviç, eləcə də ötən mövsüm "Ferensvaroş"un həyətində oynayan və özünü sübut edən Kadi Borgesin adını çəkə bilərəm. Həmçinin, Kevin Medinanı da xüsusi vurğulamaq istəyirəm. O, müdafiə xəttində etibarlıdır və əsl liderdir.

– Azərbaycanın başqa hansı klublarını tanıyırsınız?

– "Qarabağ"dan başqa, "Neftçi"ni tanıyıram. Çünki orada iki mövsüm həmyerlim Mark Tamaş çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər