top
Martin Adam: Azərbaycan yığmasının güclü liqalarda oynayan futbolçuları var Idman.biz
04 iyun 2025, 13:14
- ↺ +

Martin Adam: "Azərbaycan yığmasının güclü liqalarda oynayan futbolçuları var"

Macarıstan millisinin futbolçusu Martin Adamın ZƏRTAC-a müsahibəsi

- İyunun 10-da Azərbaycan millisi Bakıda Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Həmin qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bu, yoldaşlıq oyunudur. Hər iki komandanın baş məşqçisi yeni futbolçularını və oyun planlarını yoxlamağa çalışacaq. Bu cür matçlar gənc oyunçular üçün əla fürsətdir. İki yığmanın Millətlər Liqasındakı əvvəlki matçlarına və bu günə qədər öz aralarında keçirildikləri oyunlara nəzər salsaq, Macarıstanın favorit olduğunu görə bilərik. İnanıram ki, futbolçularımız bu işin öhdəsindən layqincə gələcəklər.

- Azərbaycan millisini necə xarakterizə edərdiniz?

- Azərbaycan millisinin əksər futbolçuları ölkənizin ən məşhur komandası olan "Qarabağ"da çıxış edirlər. Cənubi Koreya, Polşa və 2-ci Bundesliqa kimi güclü liqalarda oynayan bir neçə futbolçunuz da var. Milli komandanın məşqçilər korpusu daim onlara güvənir.

- Milli komandamızı portuqaliyalı təcrübəli mütəxəssis Fernandu Santuş çalışdırır. Onun haqqında hansı fikirdəsiniz?

- Santuş çox təcrübəli mütəxəssisdir. Lakin Azərbaycan millisi onun rəhbərliyi altında qələbə qazana bilməyib. Millətlər Liqasında İsveçlə səfərdəki və Slovakiya ilə Bakıdakı oyunları çıxsaq, komandanız digər matçlarda yaxşı mübarizə apardı. Estoniyaya qarşı evdəki görüşdə irəliləyişin olduğunu gördük. Həmin oyun heç-heçə ilə başa çatmışdı.

- Sizcə, Fernandu Santuş Azərbaycan yığmasında ciddi uğurlara imza ata bilər?

- Onunla heç tanışlığım yoxdur. Rəhbərlik etdiyi komandalara qarşı heç vaxt oynamamışam. Amma 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu və 2018-2019-cu illər mövsümündə Millətlər Liqasının qalibi olub. Çox uğurlu mütəxəssisdir. Bilirəm, hazırda nəticələr ürəkaçan deyil, lakin baş məşqçiyə bir az vaxt verilsə, nəticə əldə etmək olar.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

- Mahir Emrelini tanıyıram, çox istedadlı futbolçudur. Beynəlxalq arenada kifayət qədər yaxşı təcrübəyə malikdir. "Nürnberq"in heyətində əla mövsüm keçirdi. Cənubi Koreyada Anton Krivotsyuka qarşı oynamışam. Onu yaxşı və sərt sol cinah müdafiəçisi kimi xatırlayıram. Ardıcıl üç mövsüm güclü liqalarda oynaması çox şeydən xəbər verir. Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıram. Müsahibəyə görə isə ayrıca təşəkkür edirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Oxşar xəbərlər