Fransanın "Marsel" klubu ötən ay karyerasını bitirən qapıçı Stiv Mandandanın geyindiyi "30" nömrəli formanı əbədiləşdirib.
"Report" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat verilib.
40 yaşlı "əlcək sahibi" "Marsel"in formasını geyindiyi 15 il ərzində 613 oyun keçirib və sentyabrda karyerasını bitirdiyini elan edib.
Qeyd edək ki, o, son olaraq ölkəsində "Renn"in şərəfini qoruyub. S.Mandanda Fransa millisinin heyətində 35 oyun keçirib. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında yığmasına qızıl medal qazanmağa kömək edib.