Fransanın "Marsel" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Endriki icarəyə götürmək istəyir.
"Report" "Le10Sport" nəşrinə istinadən xəbər verir ki, mümkün keçid qış transfer dönəmində baş tuta bilər.
19 yaşlı hücumçu Madrid komandasında forma şansı əldə edə bilmir.
Qeyd edək ki, braziliyalı oyunçunun "Kral klubu" ilə 2030-cu ilin yayınadək müqaviləsi var.
Real klubu Marsel klubu Endrik icarə