Fransada Liqa 1-in V turu çərçivəsində "Marsel" – "PSJ" qarşılaşması baş tutmayıb.
İdman.biz xəbər verir ki, buna səbəb gözlənilən pis hava şəraiti olub.
Liqa 1-in mətbuat xidməti matçın daha sonrakı tarixə keçirildiyini təsdiqləyib. Bildirilib ki, güclü yağışların yağması səbəbindən oyunun vaxtı dəyişdirilib.
Xatırladaq ki, əvvəlki turda "Marsel" "Loryan"ı 4:0 hesabı ilə məğlub edib, "PSJ" isə "Lans" üzərində 2:0 hesablı qələbə qazanıb.
İdman.biz