Fransa Liqa 1 təmsilçisi "Marsel" komandasına yeni baş məşqçi təyin olunub.
İdman.Biz xəbər verir ki, klub rəhbərliyi komandanı Habib Beyeyə həvalə edib.
Yeni mütəxəssisin yaxın günlərdə komandaya təqdim olunacağı və hazırlıq prosesinə start verəcəyi bildirilir.
Klub rəhbərliyi bu təyinatla komandanın nəticələrini yaxşılaşdırmağı və turnir cədvəlində daha yüksək mövqelər uğrunda mübarizə aparmağı hədəfləyir.
Qeyd edək ki, "Marsel" hazırda turnir cədvəlində 40 xalı var və dördüncü pillədədir. Lider "Lens"dən 12 xal geridirlər.