top
Marko Yankoviçin transferi ilə bağlı Qarabağ və klublar arasında fikir ayrılığı yaranıb Idman.biz
24 dekabr 2025, 13:57
- ↺ +

Marko Yankoviçin transferi ilə bağlı "Qarabağ" və klublar arasında fikir ayrılığı yaranıb

Marko Yankoviç "Qarabağ"dan ayrılmağa yaxındır. Komandanın liderlərindən birinə çevrilən yarımmüdafiəçinin çıxışı xarici klubların da diqqətini çəkib və ona ciddi təkliflər sıralanır.

İdman.Biz futbolinfo.az-a istinadla xəbər verir ki, ötən il ağdamlıların Zaqreb "Dinamo"suna satmadığı 30 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasındakı əla çıxışdan sonra daha cəlbedici şərtlərlə dəvət alıb. Bir Yaponiya klubu ona illik 800 min avro maaş təlif edib. Yunanıstanın adı açıqlanmayan elita klubu isə Markoyla bir milyon avro maaşla 3 illik müqavilə bağlamaq istəyir. "Qarabağ"da 300 min avro alan yarımmüdafiəçi üçün bu təkliflər vazkeçilməzdir.

Amma iş ondadır ki, müştərilər "Qarabağ" transfer üçün çox kiçik məbləğ təklif edir. Yunanlar hətta yarım milyon avro ödəməkdə maraqlı deyil. Onlar monteneqrolu legionerin yaxşı məvacibə görə Ağdam klubunu yola gətirəcəyinə ümid edir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son mətbuat konfransında elə bu səbəbdən əsəbləşmiş və sərt açıqlama vermişdi. O, kluba oyunçularla müqayisədə çox az pul təklif olunduğundan gileylənmiş, belə qeyri-ciddi addımların oyunçulara təsir etdiyini bildirmişdi.

Qurbanov ad çəkməsə də, söhbətin Yankoviçdən getdiyi aydın idi. Amma Marko tək deyil, digər bir neçə legionerə də oxşar müraciətlər olub, ağdamlılar isə təklifləri geri çevirib. "Qarabağ" satışdan imtina etmir, amma layiqli məbləğlə gələcək rəsmi təkliflər nəzərdən keçiriləcək, müzakirə ediləcək.

Yankoviç isə getməkdə israrlıdır. Karyerasının sonuna yaxınlaşan Marko bir də belə böyük pullar qazanmayacağını bildiyi üçün buraxılması üçün israr edir. Onun dünən İnstaqram hesabında etdiyi paylaşım daha çox vida mətninə bənzəyir: "İlin sonu. Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda bir çox uğurla dolu il oldu. Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".

Yankoviç 2022-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. O, cari mövsüm "Qarabağ"ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Marko 2027-ci ilin yayınadək ağdamlılara məxsus olduğundan gedişi asan başa gəlməyəcək. "Atlılar" onun üçün yunanlardan 3 milyon avro tələb edir. Həm də transfer yalnız yayda mümkündür. "Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şansı qalmışkən heyətin zəifləməsini istəmir. Çünkü gedənlərin yerini doldurmaq mümkün deyil, iştirak ərizəsinə qrup mərhələsi bitənə kimi əlavələr etməyə icazə yoxdur.

Hazırda vəziyyət xaotikdir. Yankoviçin ürəyi daha çox qazana biləcəyi komandalardadır, "Qarabağ" isə layiqli transfer haqqı almayınca onu buraxmayacaq. Hər iki halda bu durumun komandaya mənfi təsiri olacaq – oyunçu satılsa, heyət zəifləyəcək, satılmasa, küskün Marko əvvəlki kimi oynamayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:57

Fransa Liqa 1: "Nitsa" "Brest"ə səfərdə 1:2 hesabı ilə geri qayıdaraq qalib gəldi

Futbol
Bu gün, 00:54

Torino, Monza qarşısında 3:2 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 00:51

Elvin Yunuszadənin komandası Boluspor, Vanspor qarşısında 0:3 məğlub oldu

Digər
Bu gün, 00:42

“Borussiya” Bundesliqada ilk qələbəsini “Ştutqart” üzərində qazandı

Digər
Bu gün, 00:34

PSJ-nin “Lion”la oyunu təxirə salındı - Komandanı uğursuz statistika gözləyir

Digər
Bu gün, 00:30

Zirədəki 5 qol - Video

Digər
Bu gün, 00:19

Millimiz Malta yığmasına məğlub oldu

Futbol
Bu gün, 00:07

Cəlal Hüseynovun çıxış etdiyi 'Petrolul' komandası Botoşani’ni 3:1 məğlub etdi

Futbol
Dünən, 23:45

FIFA U-15 Dünya Çempionatı iştirakçılarının Bakıda pozitiv görüntüləri

Güləş
Dünən, 23:33

Azərbaycan güləşçilərinin Dünya Çempionatında ilk qarşılaşdıqları rəqiblər müəyyən olundu

Digər
Dünən, 23:31

Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Futbol
Dünən, 23:22

Kocaelispor səfərdə Alanyaspor’u 2-1 məğlub etdi

Futbol
Dünən, 23:12

Simeone: “Barselona” ilə çempionluq mübarizəsi mümkündür, lakin hazırda “Deportivo”ya fokuslanır

Futbol
Dünən, 22:56

Messi İspaniya Şahzadəsi tərəfindən 2026 Asturiya Şahzadəsi İdman Mükafatı ilə mükafatlandırıldı

Futbol
Dünən, 22:42

“Kəpəz”in 200 azarkeşi Gəncədən Sumqayıta səyahət edəcək

Voleybol
Dünən, 22:38

Super Liqa kişi voleybolunda yeni mövsümün ilk qalibləri müəyyənləşdi

Basketbol
Dünən, 22:27

“Sabah”ın baş məşqçisi Naxçıvan məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürdü

Futbol
Dünən, 22:18

“Arsenal” və “Liverpool” “Qalatasaray”ın 50 milyon funtlu yarımmüdafiəçisinə maraq göstərir

Basketbol
Dünən, 22:04

“Sabah” klubu Orxan Aydınla bir illik müqavilə bağladı

Futbol
Dünən, 22:00

Sadıqov: Hücum xəttini gücləndirərək qələbə məqsədi

Digər
Dünən, 21:56

Azərbaycan Kür həndbol komandası Avropa Kubokunda 38:26 məğlubiyyətlə başladı

Digər
Dünən, 21:54

“Vüqar Həşimov” Avropa Kubokunu darmadağınla bitirdi, “Odlar Yurdu” medal şansını itirdi

Cüdo
Dünən, 21:49

Qaşim Maqomedov Qatar Open turnirində gümüş medal qazandı

Futbol
Dünən, 21:41

“Real Madrid” rəhbərliyi Kiliyan Mbappenin “Qızıl top” mükafatını qazanacağına ümid bəsləyir

Oxşar xəbərlər