Ağdam "Qarabağ"ının yarımmüdafiəçisi Marko Yankoviç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün Monteneqro yığmasına çağırılıb.
İdman.biz xəbər verir ki, yarımmüdafiəçi Monteneqro millisinin Çexiya (5 sentyabr) və Xorvatiya (8 sentyabr) ilə keçirəcəyi oyunlara dəvət alıb.
Klub futbolçunu bu uğur münasibətilə təbrik edib, ona milli komandanın heyətində oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Marko Yankoviç bu mövsüm "Qarabağ" forması ilə çıxdığı beş oyunda iki qolla yadda qalıb.
İdman.biz