top
Mark Tamaş Azərbaycan-Macarıstan matçı və Azərbaycan futbolu haqqında danışdı Idman.biz
10 iyun 2025, 11:22
- ↺ +

Mark Tamaş Azərbaycan-Macarıstan matçı və Azərbaycan futbolu haqqında danışdı

Azərbaycan çempionatları tarixində çıxış etmiş yeganə macarıstanlı futbolçu Mark Tamaşdır

İdman.biz xəbər verir ki, 31 yaşlı müdafiəçi 2023-cü ilin yayından bu ilin əvvəlinə qədər ölkəmizdə "Neftçi"nin formasını geyinib.

Hazırda Rumıniyanın "Sepsi" klubunda çıxış edən Tamaş 2021-ci ildə Macarıstan yığmasının heyətində 1 oyun keçirib. AFFA-nın mətbuat xidmətinə müsahibə verən təcrübəli futbolçu Azərbaycan və Macarıstan milliləri arasında keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bildirib.

- Bu gün Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz?

- Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır.

- Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?

- Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün edilmədiyini görə bilər. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, eləcə də, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir.

- Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, onların güclü və zəif tərəfləri nələrdir?

- Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belədə futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür.

- Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidir?

- Emin Mahmudov və Mahir Emrelidən. Eminlə "Neftçi"də komanda yoldaşı olmuşam. Mahiri isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada "Slask" klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət "Legiya"nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolçudur.

- Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas "silah"ı hansı oyunçulardır?

- Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas "silah"ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var.

- 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?

- "Neftçi"də oynamağa başlayanda bu haqda eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici, sevindirici məqamdır.

- Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edə bilərsiniz? Azərbaycanda keçirdiyiniz il yarımlıq vaxtı necə xatırlayırsınız?

- Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də, azarkeşlərə və liqanın yüksək rəqabətli olmasına görə. Azərbaycandakı ilk ilim yaxşı keçdi. Son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, "Neftçi" daha yaxşısına layiqdir.

- Bakı sizdə necə təəssürat yaratdı?

- Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi.

- Azərbaycandan yeni təklif alsanız, cavabınız necə olar?

- Bunu dəqiq bilmirəm. Çox məqamlar var. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Oxşar xəbərlər