"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen növbəti dəfə əməliyyat olunacaq.
İdman.biz xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib.
Kataloniyalıların ayrılmaq istədiyi almaniyalı kürəyindən cərrahi müdaxiləyə ehtiyac duyub. Mark-Andre təxminən 3 ay yaşıl sahələrdən uzaq alacağını yazıb. O, fiziki cəhətdən özünü yaxşı hiss etdiyi, buna baxmayaq, kürəyində ağrılar olduğunu bildirib.
Qeyd edək ki, "Barsa" ötən mövsümün böyük hissəsini zədə üzündən buraxan almaniyalı qapıçını transferə çıxarıb. Kataloniyalıların ter Ştegenlə müqaviləyə xitam verməsi də gözlənilir.
İdman.biz