top
Maradonanın ölümü ilə bağlı məhkəmə iki hakimin kənarlaşdırılması vəsatətini rədd edib Idman.biz
07 avqust 2025, 16:33
- ↺ +

Maradonanın ölümü ilə bağlı məhkəmə iki hakimin kənarlaşdırılması vəsatətini rədd edib

Argentina millisinin heyətində dünya çempionu olmuş Dieqo Maradonanın ölümü ilə bağlı işi araşdıran məhkəmə müdafiə tərəfinin iki hakimin işdən uzaqlaşdırılması ilə bağlı müraciətini rədd edib.

İdman.biz "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, Maradonanın şəxsi həkimi və hazırda istintaq altında olan Leopoldo Lukenin vəkilləri iyulda ilk məhkəmə prosesinin ləğvindən sonra yenidən formalaşdırılmış üç hakimli heyətin iki üzvünün kənarlaşdırılması üçün məhkəməyə müraciət ediblər.

Vəkillər həmin hakimlərin qərəzsiz olmayacağı ilə bağlı "müəyyən narahatlıqlara" istinad ediblər. Lakin hakimlər bu vəsatəti rədd edərək qeyd ediblər ki, bu tələb "hüquqi əsası olmayan, yalnız fərdi dəyərləndirmələrə, ehtimallara və fərziyyələrə əsaslanan və prosesi süni şəkildə uzatmağa yönəlmiş" bir cəhddir. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, ilkin məhkəmə prosesi iki ay yarımlıq dinləmələrdən və üç hakimdən birinin bu proseslə bağlı sənədli serialın hazırlanmasında iştirak etməsi və orada baş rolda çıxış etməsi səbəbindən özünü prosesdən uzaqlaşdırmasından sonra mayın sonunda etibarsız hesab edilmişdi.

Maradonanın ölümü ilə bağlı 7 tibbi işçisinə - həkimlərə, psixiatr, psixoloq və tibb bacılarına qarşı "qəsdən adam öldürmə" ittihamı irəli sürülüb. Bu isə onların səhlənkarlığının ölümə səbəb ola biləcəyini bildikləri halda məsuliyyətsizlik göstərmələri kimi qiymətləndirilir. Onları 8 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında vəfat edib. Dünya çempionunun ölüm səbəbi ürək tutması olub. Ölümündən üç həftə əvvəl isə ona subdural hematomanın götürülməsi ilə bağlı beyin əməliyyatı aparılmışdı. 2025-ci ilin martından Argentina San-Isidro şəhərindəki cinayət məhkəməsində bu iş üzrə dinləmələr başlayıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:34

“Neftçi”nin baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma cəmi beş xal fərqi ilə uduzduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Digər
Bu gün, 01:10

ÇL: “Real”dan qələbə, MY darmadağın oldu

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Oxşar xəbərlər