"Bavariya"nın qapıçısı Manuel Noyer gələn ilin yayında başa çatacaq müqaviləsi barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 39 yaşlı qolkiper klubla yeni sözləşmə ilə bağlı danışıqlara başlayacağını bildirib:
"Bu məsələdə sakitəm. Ən vacibi komandanın gördüyü işdir. Hələlik deyəcək bir şeyim yoxdur. Heç olmasa qışı gözləmək lazımdır. O zaman danışıqlara başlaya bilərik".
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən Bundesliqa nəhənginin şərəfini qoruyur. Almaniyalı "əlcək sahibi" bu mövsüm Münheen təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.