"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqanın 9-cu turu çərçivəsində "Maynts"a qarşı keçirilən (2–1) matçın birinci hissəsinin sonlarında aldığı zədə səbəbindən ən azı ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. Sport24.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Noyerin sağ ayağındakı vətərdə qismən yırtıq əmələ gəlib. "Maynts"a qarşı keçirilən oyunda onu Jonas Urbiq əvəzləyib.
Qeyd edək ki, şənbə günü baş tutan qarşılaşmada Noyer rekord müəyyənləşdirərək, "Bavariya"nın tarixində Almaniyanın yüksək liqasında meydana çıxan ən yaşlı futbolçu olub. Qokiper 40 yaş 225 günlüyündə oyuna çıxaraq, Bernd Dreherin (40 yaş 198 gün) əvvəlki rekordunu geridə qoyub.
Qeyd edək ki, Noyer cari mövsümdə 9 oyunda iştirak edib, 6 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.