Ötən gecə Çempionlar Liqasının əsas mərhələsində "Bavariya" evdə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu matç Almaniya klubunun qolkiperi Manuel Noyer üçün əlamətdar olub.
Belə ki, Noyer karyerası ərzində bu turnirdə 100-cü qələbəsinə sevinib.
Qeyd edək ki, almaniyalı qapıçı mötəbər yarışda qalibiyyət sayına görə ilk "dörd"lükdə yer alan 4-cü futbolçu oldu. Çempionlar Liqasında qələbə sayına görə ilk 4 oyunçu: Kriştiano Ronaldo (115), Tomas Müller (111), İker Kasilyas (101), Manuel Noyer (100).