İngiltərənin "Mançester Yunayted" klubu bir mövsümdə ev məğlubiyyətləri üzrə antirekordunu təkrarlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXVI turunda, ötən gün doğma meydanda "Vest Hem"lə oyunda reallaşıb.
"Old Trafford"da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmslçisi bununla cari mövsümdə 9-cu dəfə məğlub olub.
Qeyd edək ki, "qırmızı şeytanlar" daha əvvəl 1930/1931, 1933/1934 və 1962/1963 mövsümlərində də eyni halla üzləşib.