top
“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər Idman.biz
Bu gün, 06:33
- ↺ +

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

İngiltərənin "Mançester Yunayted" futbol komandası Premyer Liqanın onuncu turunda "Aston Villa" ilə 4:4 hesablı heç-heçə edərək son dəqiqələrdə məğlubiyyətdən xilas olub.

İdman.Biz "The Independent" nəşrinə istinadən xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən qarşılaşma baş məşqçi Maykl KArrikin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Oyunun ilk dörd dəqiqəsində iki qol buraxan Mançester təmsilçisi fasiləyə qədər hesabı bərabərləşdirib. Lakin ikinci hissənin əvvəlində yenidən iki top fərqi ilə geri düşüb.

"Aston Villa"nın 4:2 hesabı ilə öndə olduğu qarşılaşmada meydan sahiblərinin əvəzetmədən meydana daxil olan futbolçuları dönüşün əsas qəhrəmanlarına çevriliblər.

Əsas vaxta əlavə olunan ikinci dəqiqədə Patrik Dorqunun ötürməsindən sonra Coşua Zirkzee fərqi minimuma endirib. 90+6-cı dəqiqədə isə Dorqu Bruno Fernandeşin künc zərbəsindən ötürməsini başla qapıya göndərərək hesabı bərabərləşdirib.

Qarşılaşmanın əvvəlində "Mançester Yunayted" azarkeşləri futbolçuların komandanın formasını geyinməyə layiq olmadıqlarını bildirən şüarlar səsləndiriblər. Lakin son dəqiqələrdəki möhtəşəm dönüşdən sonra tribunaların münasibəti dəyişib. Azarkeşlər komandanın baş məşqçisi Maykl Karrikin şərəfinə mahnılar oxuyublar.

"The Independent" yazır ki, bu mənzərə KArrikin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Komanda ardıcıl ikinci oyunda iki top fərqi ilə geri düşdükdən sonra nəticəni dəyişməyi bacarıb.

"Mançester Yunayted" bir neçə gün əvvəl Çempionlar Liqasında İtaliyanın "Roma" komandasına qarşı da oxşar dönüş edərək 3:2 hesablı qələbə qazanıb.

Bununla belə, Mançester təmsilçisinin müdafiədəki problemləri davam edir. Komanda son beş qarşılaşmanın hamısında əvvəlcə iki qol fərqi ilə geri düşüb.

Nəşrin məlumatına görə, "Aston Villa" ilə oyunda buraxılan dörd qoldan sonra "Mançester Yunayted" cari mövsümdə bütün turnirlər üzrə Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda olub.

"Mançester Yunayted" son 11 oyunda cəmi bir qələbə qazanıb. Premyer Liqadakı son üç qarşılaşmadan isə yalnız bir xal toplayıb.

"Aston Villa" ilə heç-heçədən sonra komanda səkkiz xalla turnir cədvəlinin 18-ci pilləsində qalıb.

Nəşr vurğulayır ki, son dəqiqələrdəki dönüş KArrikə müəyyən dəstək qazandırsa da, komandanın uğursuz nəticələri və müdafiədəki ciddi problemləri onun vəzifədə qalmasını sual altında saxlayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər