Braziliyanın "Palmeyras" futbol komandasının hücumçusu Vitor Roke İngiltərə Premyer Liqası təmsilçilərinin diqqət mərkəzinə düşüb.
İdman.Biz insayder Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında "Mançester Yunayted" də var.
Braziliyalı hücumçu ilə həmçinin "Çelsi", "Tottenhem" və "Everton" maraqlanır.
Rokenin Avropa futbolunda çıxış təcrübəsi var. O, əvvəllər İspaniyanın "Barselona" və "Betis" komandalarının formasını geyinib.
2025-ci ilin əvvəlində "Palmeyras"a keçən hücumçunun Braziliya klubu ilə müqaviləsi 2029-cu ilin dekabr ayının sonunadək qüvvədədir.
Futbolçunun hazırkı transfer dəyəri 38 milyon avro qiymətləndirilir.