top
Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü Lent.az
Bu gün, 15:10
- ↺ +

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

"Mankunianlar" sonuncu dəfə turnir cədvəlində bu qədər aşağı yerdə 1986-cı ilin noyabr ayında, o zaman Aleks Ferqyuson komandaya rəhərlik edəndə olublar

"Mançester Yunayted" müasir tarixinin ən çətin dövrlərindən birini yaşayır. İngiltərə Premyer Liqasının onuncu turunun şənbə günü keçirilən oyunlarından sonra Maykl Kerrikin komandası turnir cədvəlində, düşmə zonasındadır - 19-cu yerə düşüb

Lent.az-ın xəbərinə görə, "mankunianlar" 10 oyundan cəmi 8 xal qazanıblar, birində qalib gəlib, beşində heç-heçə edib və dördündə məğlub olublar. Top fərqi 14:19-dur.

"Mançester Yunayted" düşmə zonasında sonuncu dəfə təxminən 40 il əvvəl, 1986-cı ilin noyabr ayında olub. O vaxtlar klub baş məşqçi Ron Atkinsonun istefasına və Aleks Ferqyusonun təyinatına səbəb olan böhranla üzləşib.

Noyabrın 8-də Kerrikin komandası Premyer Liqa mövsümünün onuncu oyununda "Aston Villa"nı qəbul edib. Qələbə "Qırmızı şeytanlar"a təhlükə zonasından çıxmağa imkan verə bilərdi, amma hətta üç xal belə klubun Premyer Liqa tarixində mövsümə ən pis başlanğıc etdiyini dəyişdirməyəcəkdi. "Manikuanlılar" öz meydanlarında "Aston Villa" ilə 4:4 hesablı heç-heçə ediblər.

"Mançester Yunayted" sonuncu dəfə düşmə zonasında 1986-cı ilin noyabr ayında olub.
O vaxtlar "Mançester Yunayted" mövsümə pis başlayıb. Müasir sistemə görə, qələbəyə görə üç xal verilir, o vaxt doqquz oyundan sonra komandanın cəmi beş xalı olub.

Noyabrın əvvəlində klub rəhbərliyi komandada beş ildən çox işləyən Ron Atkinsonu istefaya göndərmək qərarına gəlib.

1986-cı il noyabrın 6-da Aleks Ferqyuson yeni baş məşqçi olub. Şotlandiyalı məşqçi əvvəllər liqa titullarını və Avropa Kubok Qalibləri Kubokunu qazandığı "Aberdin"dən gəlib.

Lakin vəziyyət dərhal dəyişməyib.

Noyabrın 8-də "Mançester Yunayted" Ferqyusonun debüt oyununda "Oksford"a 2-0 hesabı ilə uduzub. Bir həftə sonra komanda "Norviç"lə 0-0 hesablı heç-heçə edib.
15 oyundan sonra "mankunianlar" çempionatda 22 komanda arasında 21-ci yerdə, yəni düşmə zonasında olublar.

"Mançester Yunayted" 1986/87 mövsümünü necə başa vurub?

Uğursuz başlanğıca baxmayaraq, Aleks Ferqyusonun komandası nəticələrini tədricən sabitləşdirməyə müvəffəq olub.

1986-cı il noybarın 22-də şotlandiyalı "Mançester Yunayted"in baş məşqçisi kimi ilk qələbəsini qazanıb. Onun komandası "Kuinz Park Reyncers"i 1-0 hesabı ilə məğlub edib və yeganə qolu Con Sivebek vurub.

Bu nəticə "mnkunianlılar" 11-ci yerə yüksəldib və düşmə zonasından uzaqlaşdırıb. 
Bundan sonra komanda müntəzəm olaraq xal toplamağa başlayıb. Ən diqqətəlayiq nəticələr arasında "Liverpul" üzərində iki qələbə, "Mançester Siti"yə qarşı ev derbisində qələbə və "Nyukasl"ı 4-1 hesabı ilə məğlub etmək olub.

Nəticədə "Mançester Yunayted" 1986/87 mövsümünü 11-ci yerdə başa vurub.

42 oyundan sonra komandanın statistikası:

• 14 qələbə.

• 14 heç-heçə.

• 14 məğlubiyyət.

• 52 qol vurulub.

• 45 qol buraxılıb.

• 56 xal.

Beləliklə, noyabr ayında sonuncudan sonra ikinci olan komanda mövsümü turnir cədvəlinin ortalarında başa vurub.

Bu mövsüm Ferqyuson dövrünün başlanğıcını qeyd edib və sonradan klubu 13 Premyer Liqa tituluna və iki Çempionlar Liqasının qələbəsinə aparıb.

2022-ci ildə "Mançester Yunayted" sonuncu yerdə olub, lakin üçüncü yeri tutub.
Başqa bir parlaq nümunə 2022/23 mövsümünün əvvəlində baş verib.

O zaman Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted" İngiltərə liqasında ilk iki oyununda məğlub olub. Əvvəlcə "Old Trafford"da "Brayton"a 2-1 hesabı ilə uduzublar, daha sonra "Brentford"a 4-0 hesabı ilə məğlub olublar.

İkinci turdan sonra "Mançester Yunayted" bir xal belə qazana bilmədən və 1-6 qol fərqi ilə sonuncu, 20-ci yerdə qərarlaşıb.

Lakin, üçüncü turda komanda "Liverpul"u 2-1 hesabı ilə məğlub edib və bundan sonra tədricən nəticələrini yaxşılaşdırmağa başlayıb.

Nəticədə, 2022/23 mövsümü "mankunianlılar" üçün son illərdə ən uğurlu mövsümlərdən biri olun.

"Mançester Yunayted" çempionatı 75 xalla üçüncü yerdə başa vurub. Komanda 23 oyunu qazanıb, altı heç-heçə edib və doqquzunda məğlub olub.

Ten Hagın komandası həmçinin İngiltərə Liqa Kubokunu qazanıb və İngiltərə Kubokunun finalına yüksəlib.

Bununla belə, bu situasiyalar arasındakı fərqi nəzərə almaq vacibdir. 2022-ci ildə "Mançester Yunayted" cəmi iki oyundan sonra sonuncu yerdə olub, hazırda isə komanda doqquz oyundan sonra düşmə zonasındadır.

"Mançester Yunayted"in ən pis başlanğıcları: komanda mövsümü necə başa vurub?

"Mançester Yunayted"in tarixində klubun liqa mövsümünə pis başladığı, lakin sonradan əhəmiyyətli dərəcədə yaxşılaşdığı bir neçə hal var.

İlk doqquz oyundan sonra ən maraqlı nətivcələr.

1986/87-ci il mövsümü – 5 xal, 11-ci yer

2013/14-cü il mövsümü – 14 xal, 7-ci yer

2014/15-ci il mövsümü – 13 xal, 4-cü yer

2019/20-ci il mövsümü – 10 xal, 3-cü yer

2024/25-ci il mövsümü – 11 xal, 15-ci yer

2026/27-ci il mövsümü – 8 xal – mövsüm davam edir.

1986/87 mövsümü üçün xallar müasir sistemdən istifadə edərək yenidən hesablanıb: qələbə üçün üç xal.

2019/20 mövsümü xüsusilə diqqət cəlbedicidir. Doqquz oyundan sonra Ule Qunnar Sulşerin komandası cəmi on xala sahib olsa da, mövsümün ikinci yarısında nəticələrini xeyli yaxşılaşdırıb.

2020-ci ilin fevral ayından sonra "Mançester Yunayted" Premyer Liqadakı son 14 oyununun heç birində uduzmayıb və mövsümü 66 xalla üçüncü yerdə başa vurub.

Başqa bir nümunə, 2014/15 mövsümüdür. Bu mövsümdə Lui van Qalın komandası doqquz oyundan sonra 13 xal qazanıb, lakin sonda dördüncü yeri tutub və Çempionlar Liqasına qayıdıb.

Bu arada, 2024/25 mövsümü göstərib ki, zəif başlanğıc həmişə uğurlu geri dönüşə səbəb olmur.

O zaman "Mançester Yunayted" doqquz oyundan sonra 11 xal qazanıb, lakin mövsümü 42 xalla 15-ci yerdə başa vurub. Bu, klubun Premyer Liqa tarixindəki ən pis nəticəsi olub.

On oyundan sonra səkkiz xal "Mançester Yunayted"in Premyer Liqadakı ən pis rekordudur.

Bu mövsüm Premyer Liqanın 1992-ci ildə yaranmasından bəri "Mançester Yunayted"in 10 oyundan sonra ən pis xal toplaması olub.

Əvvəlki rekord 2019/20 mövsümündə on xal idi, o zaman Sulşerin komandası on xal toplamışdı.

Bu mövsümdə "mankunianlar" üç xal az toplayıb.

Kerrikin komandasının liqadakı yeganə qələbəsi avqustun 30-da, "İpsviç"i 5-2 hesabı ilə məğlub etməklə əldə edilib.

O vaxtdan bəri "Mançester Yunayted" Premyer Liqada heç bir oyunda qalib gələ bilməyib.

Bu müddət ərzində komanda turnir cədvəlinin orta və aşağı pillələrindəki rəqiblərə qarşı bir neçə dəfə xal itirib.

Həm hücumda, həm də müdafiədə problemlər yaranır. On oyunda "mankunianlılar" 14 qol vurub, lakin 19 qol buraxıblar.

Xüsusilə narahatedici məqam odur ki, komanda ötən mövsüm liqada üçüncü yeri tutmasına baxmayaraq, bu il 10 oyundan yalnız birində qalib gəlib.
 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Oxşar xəbərlər