"Manchester United" 40 ildən sonra antirekordunu təkrarladı.
Report "Opta"ya istinadən xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasında elitadan çıxma zonasına düşməsi ilə bağlıdır.
Hazırda yeddi xal toplayan komanda 18-ci yerdə yerləşir. Manchester təmsilçisi birbaşa liqanı tərk etmə zonasındadır.
Klub sonuncu dəfə 1986-cı ilin noyabrında turnir cədvəlinin son üç pilləsində iştirak edib. O zaman "Manchester United" 21-ci sırada idi.
Xatırladaq ki, "qırmızı şeytanlar" bu gün Bakı vaxtı ilə saat 20:30‑da "Aston Villa" ilə üz-üzə gələcək.