"Mançester Yunayted" yeni baş məşqçisi Ruben Amorim viza probleminə görə Böyük Britaniyaya uça bilməyib. Sport24.az "The Times"-a istinadən xəbər verir ki, prosesin daha bir neçə gün uzana biləcəyi vurğulanıb. 39 yaşlı portuqaliyalı mütəxəssis bu gün komandaya qoşulmalı idi.
Qeyd edək ki, Amorimin "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, 2020-ci ildən ölkəsində "Sportinq"də çalışıb.