İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Anderson aliment ödəmədiyi üçün 30 gün həbs cəzası ala bilər.
"Report" "The Daily Star" nəşrinə istinadən xəbər verir ki, qərar Braziliyanın Porto Aleqri Mülki Məhkəməsi tərəfindən qəbul edilib.
Keçmiş yarımmüdafiəçinin borcunun 188 min dollara çatdığı bildirilir.
Qeyd edək ki, Anderson "Mançester Yunaytedin heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqası və Klublararası Dünya Kubokunun qalibi olub. O həmçinin Portuqaliyanın "Porto", İtaliyanın "Fiorentina", Braziliyanın "Qremio", "İnternasional", "Koritiba" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib.
"Mançester Yunayted Futbol aliment