"Real Madrid" gələn il yarımmüdafiə xəttini gücləndirməyə çalışır, lakin transfer planları sərt rəqabətlə üzləşə bilər.
İdman.Biz-in "The Athletic"ə istinadən verdiyi məlumata görə, bir neçə aparıcı klub "AZ Alkmaar"ın yarımmüdafiəçisi Kes Smit üçün mübarizə aparmağa hazırdır.
19 yaşlı niderlandlı futbolçu ilə maraqlanan klublar arasında "Mançester Yunayted", "Barselona", "Nyukasl" və "Borussiya Dortmund"un da olduğu bildirilir. Buna görə də, "Los Blancos" Avropanın ən perspektivli yarımmüdafiəçilərindən biri uğrunda çətin mübarizə aparacaq.
Smitin transferinin maraqlı klublara təxminən 60 milyon avroya başa gələcəyi gözlənilir. O, 2025/2026 mövsümündə 27 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə edib.