"Mançester Yunayted" İngiltərə Premyer Liqasının II turunda məğlub olub.
İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Brayton"a uduzub.
Mançesterlilərin sabiq hücumçusu Danni Uelbek 32-ci dəqiqədə hesabı açıb. Amad Diallo ikinci yarıda bərabərlik qolu vursa da, 90+5-ci dəqiqədə fərqlənən Joao Pedro meydan sahiblərinə 3 xal qazandırıb.
Qeyd edək ki, növbəti turda "Brayton" "Arsenal"ın qonağı olacaq, Mançester təmsilçisi "Sauthempton"u qəbul edəcək.
İdman.biz