"Mançester Yunayted" "Roma"nın müdafiəçisi Evan N'Dika ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə klubu Viktor Lindelofun müqaviləsi başa çatdığı üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır. 25 yaşlı futbolçu "Tottenhem", "Nyukasl" və "Nottingem Forest"in də maraq dairəsindədir.
Qeyd edək ki, N'Dika ötən mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 51 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.