İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Brentford"un futbolçusu Brian Mbyemo ilə danışıqlara başlayıb.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yayda kamerunlu oyunçunu heyətinə qatmaq istəyir.
25 yaşlı vingerlə İngiltərənin "Arsenal", "Nyukasl" və "Tottenhem" klubları da maraqlanır.
Qeyd edək ki, B.Mbyemo ötən mövsüm Premyer Liqada meydana çıxdığı 38 matçda 20 qol vurub. "Transfermarkt" portalı onun dəyərini 55 milyon avro qiymətləndirir. Ön xətt oyunçusunun "Brentford"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.