"Mançester Yunayted" yarımmüdafiəçi Kobbi Maynunu "Real Madrid"ə icarəyə verməyə hazırdır və öz növbəsində "Kral klubu"ndan hücumçu Endriki icarəyə götürmək istəyir.
Bu barədə İdman.Biz "Defensa Central"a istinadən məlumat verir.
Məlumata əsasən, "qırmızı şeytanlar" bu qış mübadiləni başa çatdırmağı düşünür.
Lakin, mənbəyə görə, Endrik onunla maraqlanan "Lion"a icarəyə verilməkdə maraqlıdır. Həmçinin vurğulanır ki, "Real Madrid" Maynunu nəzərdən keçirmir.
Endrik bu mövsüm "Real"da heç bir oyun keçirməyib. Maynu bütün turnirlərdə səkkiz oyun keçirib və bir məhsuldar ötürmə edib.