"Mançester Yunayted" "qartallar"la müqaviləsi bu yay başa çatan "Kristal Palas"ın mərkəz müdafiəçisi Mark Qehinin vəziyyətini izləyir.
İdman.Biz bu barədə "Daily Mail"ə istinadən bildirir.
Məlumata görə, mərkəz müdafiəçisi klubun gündəmində yüksək yer tutur. Harri Maquayrın bu yay başa çatan müqaviləsinin uzadılmasında az irəliləyiş əldə edilib. Onun bu qış başqa bir klubla müqavilə öncəsi müqavilə imzalaya biləcəyi vurğulanır.
Daha əvvəl mediada "Liverpul"un bu yay Qehini transfer etmək niyyətində olduğu bildirilirdi.
Bu mövsüm Qehi bütün yarışlarda 18 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.