İngiltərənin "Mançester Yunayted" klubu yanvar transfer pəncərəsində İtaliyanın "Atalanta" komandasının qapıçısı Marko Karnesekkini transfer etməyi nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, "Tuttomercatoweb" nəşrinin məlumatına görə, İngiltərə klubunun rəhbərliyi belçikalı qapıçı Senne Lammensin çıxışından narazıdır. O, cari mövsümdə keçirdiyi 13 oyunda qapısında 23 qol görüb.
Maraqlıdır ki, Lammensin qapısını toxunulmaz saxlaya bildiyi yeganə rəqib Azərbaycan təmsilçisi "Sabah" olub. Sentyabrın 10-da "Old Trafford" stadionunda keçirilən Çempionlar Liqasının oyununda Mançester təmsilçisi Bakı klubunu 4:0 hesabı ilə məğlub edib. Belçikalı qapıçı digər 12 qarşılaşmanın hər birində ən azı bir qol buraxıb.
Bu səbəbdən "Mançester Yunayted" 26 yaşlı Karnesekkini diqqət mərkəzinə alıb. İtaliyalı qolkiper yazda "Atalanta" ilə müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb. Razılaşmada müddətin daha bir mövsüm artırılması imkanı da nəzərdə tutulub. Onun illik maaşı təxminən 3 milyon avrodur.
Uzunmüddətli müqaviləyə baxmayaraq, İngiltərə klubu qış transfer pəncərəsində bu keçidi reallaşdırmağa cəhd edə bilər. Bununla belə, "Atalanta" futbolçusunu ucuz qiymətə satmaq niyyətində deyil. Bundan başqa, Berqamo təmsilçisi mövsümün ortasında əsas oyunçularından ayrılmağa meyilli klub deyil.