"Mançester Yunayted" mövsümün sonunda Harri Maquayra yeni müqavilə təklif etməyəcək. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim ingilis futbolçunu sərəncamında görmək istəmir.
Buna görə də, klub onunla işbirliyinə davam etmək niyyətində deyil.
2019-cu ildən "Mançester Yunayted"in formasını geyinən Harri "Lester", "Hall Siti", "Viqan", "Şeffild Yunayted" klublarının formasını geyinib.