"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını "Mançester Yunayted"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilis klubu 25 yaşlı serbiyalını "rənglərinə bağlamaqda" maraqlıdır. "Mankunianlılar" futbolçunu yanvarda transfer etmək istəyir.
Qeyd edək ki, Vlahoviç bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.