"Mançester Yunayted" Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamı komandanın sükanı arxasına gətirmək imkanını nəzərdən keçirir.
İdman.Biz "Foot Mercato"ya istinadən xəbər verir ki, İngiltərə klubu artıq 58 yaşlı mütəxəssislə əlaqə saxlayıb.
Buna səbəb "Mançester Yunayted"in uğursuz nəticələri və hazırkı baş məşqçi Maykl Karrikin gələcəyinin sual altında olmasıdır. Komanda Premyer Liqada doqquz oyundan cəmi birində qalib gəlib və 17-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında "Roma" üzərində 3:2 hesablı qələbə də Karrikin mövqeyini tam möhkəmləndirməyib.
Klub rəhbərliyi mümkün baş məşqçi dəyişikliyinə hazırlaşır. Deşamla yanaşı, Yulian Nagelsmann və Unai Emerinin namizədlikləri də nəzərdən keçirilir.
Lakin Deşam "Mançester Yunayted"ə keçməyə tələsmir. Fransalı mütəxəssis digər variantları da qiymətləndirmək və münasib təklif üçün gözləmək niyyətindədir.
Qeyd edək ki, Deşam DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.