"Mançester Yunayted" İtaliyanın "Komo" klubunun hücumameyilli yarımmüdafiəçisi Nikolas Pası transfer etməkdə maraqlıdır.
İdman.Biz "El Nacional"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı argentinalı futbolçu üçün qış transfer pəncərəsində böyük məbləğdə təklif irəli sürə bilər.
Mançester klubunun rəhbərliyi Pası Bruno Fernandeşin gələcək əvəzləyicisi kimi nəzərdən keçirir.
Lakin "Real Madrid"in futbolçunu 80 milyon avroya geri almaq hüququnun olması mümkün transfer danışıqlarını çətinləşdirə bilər.
Nikolas Pas cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib.