İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer edib.
"Report" xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu ilə "5+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kamerun millisinin üzvü 2024/2025 mövsümündə "Brentford"da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.