"Mançester Yunayted" azarkeşləri Çempionlar Liqasının Liqa 4-cü turunda "Roma"ya qarşı keçirilən ev oyununda (3–2) klub rəhbərliyinə qarşı etiraz aksiyası təşkil ediblər. Sport24.az xəbər verir ki, azarkeşlər meydana tennis topları və digər əşyalar atıblar.
Tribunalar səslənən şüarlar arasında "Qleyzerlərə nifrət edirsinizsə, ayağa qalxın" və ya "klubu satın və evinizə gedin" kimi ifadələr, eləcə də "Mançester Yunayted"in idman direktoru Ceyson Uilkoks və həmmülkiyyətçi Cim Retkliffə ünvanlanmış təhqirlər yer alıb.
Etiraz aksiyası oyunun qısa müddətə dayanmasına səbəb olub. 21-ci dəqiqədə futbolçular tennis toplarını və digər əşyaları meydandan təmizləyiblər, bundan sonra oyun davam etdirilib. Bu etiraz aksiyası Qleyzer ailəsinin kluba rəhbərlik etdiyi 21 ili simvolizə edib.
Bundan əlavə, oyun başlamazdan əvvəl azarkeşlər 4000-dən çox yaşıl və qızılı rəngli şar buraxıblar. Aksiya "The Stretford Enders" qrupu tərəfindən təşkil olunub.
Qeyd edək ki, "Mançester Yunayted" "Roma" ilə matçda doqquz oyunluq qələbəsiz seriyaya son qoyub.