"Manchester United" azarkeşi və "OnlyFans" platformasının modeli Skaylar Skay komandanın baş məşqçisi Maykl Kerrikin mümkün gedişi ilə bağlı sosial mediada kampaniyaya başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
O, "Mançester Yunayted"in "Bornmut"la (0:3) oyunundan əvvəl klub Kerriklə müqaviləyə xitam verənə qədər hər gün sinəsinin açıq şəkillərini paylaşacağına söz verib.
O vaxtdan bəri model "qırmızı şeytanlar"ın formasını geyinərək yarıçılpaq fotolarını paylaşır və onlara belə bir şərh əlavə edir: "Kerrik – getməlidir... Yoxsa Kerrik – qalır?!"
Qeyd edək ki, "Mançester Yunayted" 9 oyundan cəmi 7 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.