"Mançester Yunayted" hazırda maliyyə çətinliyi yaşayır. Sport24.az xəbər verir ki, bu səbəbdən klub qarşıdan gələn yayda güclənmək üçün ilk növbədə oyunçularını satmalı olacaq.
"Qırmızı şeytanlar" 6 futbolçudan xilas olmağa qərar verib.
Bu siyahıya Markus Reşford, Tayrell Malasya, Antoni, Ceydon Sanço, Kazemiro və Kristian Eriksen daxildir. Q
Hazırda Reşford, Malasya, Antpni və Sanço icarədədir. "Mançester Yunayted" isə onları mövsümün sonunda birdəfəlik satmağı gözləyir.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.