İngiltərənin "Mançester Yunayted" klubu Premier Liqanın digər nümayəndəsi "Nottingham Forest"-in müdafiəçisi Murillonu 2027-ci ilin yayında transfer etmək istəyir.
"Report" "Football Insider"-ə istinadən xəbər verir ki, Manchester təmsilçisi 24 yaşlı braziliyalı futbolçu ilə yaxından maraqlanır.
Klubla müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulmuş Murillo üçün "Nottingham Forest" 95 milyon avro tələb edir.
Qeyd edək ki, "Transfermarkt" portalı müdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir. Futbolçu cari mövsümdə keçirdiyi 11 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.