İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Keleçi İheanaço "Seltik" komandasına keçib.
"Report" xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisi məlumat yayıb.
28 yaşlı nigeriyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, forvard son olaraq İspaniyada "Sevilya"nın formasını geyinib. O, 2015-2017-ci illər aralığında "Mançester Siti"nin uğurları üçün çalışıb.
"Mançester Siti" klubu "Seltik" klubu transfer Müqavilə