Bir neçə oyunçu "Mançester Siti"dəki mövqeyindən narazıdır. Sport24.az "Football Insider"-ə istinadən xəbər verir ki, söhbət yarımmüdafiəçi Kevin De Bruyne, hücumçu Xulian Alvares və qapıçı Ederson Moraesdən gedir.
Bu "trio" yay "transfer pəncərəsində" özlərinə yeni klub tapmaq istəyirlər. De Bruyne və Ederson Səudiyyə Ərəbistanı çempionatından cəlbedici təkliflər alıblar. Alvares isə daim start heyətində meydana çıxacağı komanda axtarır. Yazılalanlara inansaq, onun xidmətində "Atletiko" maraqlıdır.
Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm Premyer Liqa çempionu olub.