İngiltərənin "Mançester Siti" klubu müqaviləsinin müddətinin uzadılması üçün futbolçusu Rodri ilə danışıqlara başlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "şəhərlilər" ispaniyalı yarımmüdafiəçini heyətdə saxlamaqda maraqlıdır.
Klub rəhbərliyi ilin sonunadək onunla razılığın əldə olunacağına inanır.
Qeyd edək ki, Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir. O, cari mövsüm 7 matça çıxıb. 29 yaşlı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.