İngiltərə təmsilçisi "Mançester Siti" Fransanın "Lion" klubunun hücumameyilli yarımmüdafiəçisi Rayan Şerkini transfer etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Şerki "Lion" akademiyasının yetirməsidir və əsas komandanın heyətində 185 oyuna çıxıb.