top
Mançester Siti liderliyə yüksəlib, Kristal Pelas və Bornmut heç-heçə oynayıb, digər nəticələr Idman.biz
18 oktyabr 2025, 20:38
- ↺ +

"Mançester Siti" liderliyə yüksəlib, "Kristal Pelas" və "Bornmut" heç-heçə oynayıb, digər nəticələr

İngiltərə Premyer Liqasının 8-ci turunun bir neçə oyunu keçirilib.

İdman.Biz bildirir ki, "Mançester Siti" "Everton"la qarşılaşıb. Oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Erlinq Haland hesabı açıb, 63-cü dəqiqədə norveçli dubl edib.

Bu oyundan sonra "Mançester Siti" 16 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, "Everton" isə 11 xalla 10-cu yerdədir.

Növbəti turda "Siti" oktyabrın 26-da səfərdə "Aston Villa" ilə qarşılaşacaq, "Everton" isə həmin gün "Tottenhem Hotspur"u qəbul edəcək.

"Kristal Pelas" – "Bornmut" matçı isə bolqollu alınıb – 3:3.

Yeddinci dəqiqədə qonaqları önə keçirən Eli Krupi, 38-ci dəqiqədə ikinci qolunu vurub. Jan-Filipp Mateta 64-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb, 69-cu dəqiqədə isə hesabı bərabərləşdirib. Rayan Kristi 89-cu dəqiqədə "Bornmut"u yenidən önə çıxarsa da, 90+7-ci dəqiqədə Mateta penaltini dəqiq yerinə yetirərək het-trikini tamamlayıb.

Bu oyundan sonra "Kristal Pelas" 13 xalla Premyer Liqa cədvəlində səkkizinci, "Bornmut" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda "Pelas" oktyabrın 26-da səfərdə "Arsenal"la qarşılaşacaq, "Bornmut" isə həmin gün "Nottingem Forest"i qəbul edəcək.

Turun digər oyununda "Sanderlend" Nordi Mukiele (16) və Ladislav Kreyçi (90+2) qolları ilə "Vulverhempton"u məğlub edib.

"Brayton" – "Nyukasl Yunayted" oyunu da gərgin alınıb. Meydan sahiblərindən Denni Uelbekin 41 və 84-cü dəqiqələrdə vurduğu qollara qonaqlar Nik Voltemadenin 76-cı dəqiqədəki zəbəsi ilə cavab veriblər – 2:1.

"Bernli" isə öz meydançasında "Lids Yunayted"dən üstün olub – 2:0.

Qolları 18-ci dəqiqədə Lesli Uqoçukvu və 68-ci dəqiqədə Lum Çauna vurublar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Oxşar xəbərlər