"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" və "Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir.
Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Hər iki klub Elliotu yayda heyətinə qatmağa çalışacaq. Klubu 23 yaşlı oyunçuya 80 milyon funt-sterlinq qiymət qoyub.
Qeyd edək ki, "Nottingem Forest" Elliot Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan 41 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.