top
“Malmö” İsveç çempionatında – STATİSTİKA İdman.biz
02 oktyabr 2024, 10:54
- ↺ +

“Malmö” İsveç çempionatında – STATİSTİKA

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində 2-ci rəqibi İsveçin ən titullu komandası, 23-qat ölkə çempionu, o cümlədən son mövsümün qalibi və hazırkı mövsümün ən yaxın izləyicisini 10 xal qabaqlayan lideri "Malmö"dür.

İdman.biz ağdamlıların rəqibinin İsveç çempionatında statistik göstəricilərini nəzərdən keçirib.

Cari mövsümün 56 xallı lideri keçirdiyi 25 oyunda 17 qələbə qazanıb, 5 dəfə heç-heçə edib və 3 dəfə uduzub. 59 vurduğu qola 19 qarşılıq alıb.

59 qoldan 15-ni çempionatın hazırkı bombardiri İsaak Telin vurub. Komandanın digər məhsuldar oyunçuları Erik Botheym (11 qol) və Huqo Bolindir (7). Qol vuranlara ən yaxşı yardımçı, bütövlükdə çempionatın bu sahədə birincisi - 10 assisti olan Sebastyan Nanasidir. Lakin bu futbolçu artıq Fransada "Strasbur" üçün top qovur. Lasse Berq Yonsenin 6 assisti var.

"Malmö" futbolçuları orta hesabla hər oyuna 2,4 qol vururlar. 25 oyunda cərimə meydançası daxilindən 317 zərbənin 48-i qol olub. 140 uzaq zərbədən isə 7-si hədəfə çatıb.

31 qol sağ, 16-sı sol ayaqla, 9-u başla vurulub.

Hər oyuna orta 18,3 zərbə endirən "Malmö" futbolçularının orta 6,7 zərbəsi qapı çərçivəsinə yönəlir, 6,2-si qapıdan yan keçir, 5,4-nün qarşısı rəqib tərəfdən alınır. Ümumilikdə 9 zərbə qapı dirəyinə tuş gəlib.

Hər oyuna orta driblinq 7,8, künc zərbəsi 7, cərimə zərbəsi 11,6-dır.

Orda 63,1% topa sahibolmaya malik komandada ötürmələrin 86,9%-i dəqiq olur. Bu göstərici meydanın özünə aid hissəsində (92,3%) rəqibə aid yarıya (78,9%) nisbətən daha dəqiqdir. Uzun ötürmələrdə dəqiqlik 53,6%-dir.

25 oyundan 14-də qapısını toxunulmaz saxlayan "Malmö" futbolçuları hər oyuna orta 0,8 qol buraxırlar.

Hər oyuna orta 16 dəfə topu ələ keçirən futbolçular bunun 8,6-sını birbaşa rəqibin ayağından alırlar. Qapıçı seyvi 2,2-dir.

Müdafiəçilərin səhvindən sonra 25 oyunda rəqiblər cəmi 5 zərbə endiriblər ki, onun da 3-ü qol olub.

Arxa xətt oyunçuları cəmi 2 dəfə son ümid foluna əl atıblar.

Komandanın oyunçuları təkbətək mübarizələrin 52,7%-də, mövqe mübarizələrinin 51,5%-də, hava duellərinin 56%-də qalib ayrılırlar.

Hər oyuna orta 1,3 dəfə ofsayda düşən futbolçular, 11,3 fol edir, 1,8 sarı vərəqə alırlar.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər