top
Maksim Medvedev: Ümid edirəm ki, Kadi daha güclü qayıdıb və ona inanıram Sport24.az
06 fevral 2025, 15:58
- ↺ +

Maksim Medvedev: "Ümid edirəm ki, Kadi daha güclü qayıdıb və ona inanıram"

"Qarabağ"ın sabiq kapitanı Maksim Medvedevin İdman.biz-ə danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Kadi Borgesin yenidən "Qarabağ"a qayıtmasını necə dəyərləndirirsiniz?

- Kadi "Qarabağ"ın bir parçasıdır. Vaxtilə birlikdə yaxşı nəticələr qazanmışıq. Onun qayıtmasının komandaya böyük təsiri olacaq. Kadini həm oyunçular, həm rəhbərlik, həm də məşqçilər heyəti yaxşı tanıyır. Hamısı bilir ki, o, nəyə qadirdir. Üstəlik, Kadinin adaptasiya üçün zamana ehtiyacı olmayacaq. Ola bilər ki, cəmi iki həftəyə bizim futbol stilimizə qayıtsın. Əsas odur ki, Kadi qısa zamanda tam performansını göstərə bilsin.

 

- Bundan öncə dəfələrlə bizim klublardan ayrılan futbolçuların geri döndükdə əvvəlki kimi yaxşı performans göstərmədiklərinin şahidi olmuşuq. Sizcə, eyni hal Kadi ilə də yaşana bilərmi?

- Özündən çox şey asılıdır. Dinamikasını göstərə bilsə, qısa zamanda nəticə verə biləcək. Ümid edirəm ki, Kadi daha güclü qayıdıb və ona inanıram. Biz bilirik ki, o nəyə qadirdir və rəqibləri nə dərəcədə təzyiq altında saxlaya bilir. Rəqiblər Kadidən çəkinirdi. Buna görə də, onun yenidən "Qarabağ"a qayıtması fikrimcə, komandaya çox böyük fayda verəcək.

 

- Kadi ilə "Qarabağ"dan gedəndən sonra əlaqə saxlayırdınız?

- Təbii ki, əlaqəni kəsməmişdik. Tez-tez mesajlaşır, telefonla danışırdıq. Kadi ilə münasibətimiz həmişə isti olub.

 

- AFFA-nın legioner limitinin ləğvi ilə bağlı verdiyi qərar son günlər futbol ictimaiyyətimizin əsas müzakirə mövzularındandır. Siz bu haqda nə düşünürsünüz?

- Həmişə demişəm ki, biz legionerləri kompleks şəkildə oyuna buraxırıq. Sırf 11 legioner oynayanda təbii ki, azərbaycanlı futbolçular üçün yaxşı olmayacaq. Çünki onlara yer az qalır. Ancaq bu strategiya ilk "beşlik"də olan komandalara sərf edir, çünki onların büdcəsi yaxşıdır. Hansı klubların ki, büdcəsi aşağıdır, onlar bu məsələdən dolayı sıxıntı yaşayacaqlar. Bir sözlə, qərarın həm yaxşı, həm də pis tərəfləri var.

 

- Siz özünüz də hazırda "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandasında işləyirsiniz. Bu sferada olan biri kimi sözügedən qərarın uşaq futboluna təsirini necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, bizə müəyyən qədər çətinlik yaradacaq. Çünki bu gün fəaliyyət göstərən futbol akademiyaları gələcəkdə Premyer Liqaya təxminən 100 uşaq verəcək. Həmin uşaqların harada oynaması sual altındadır. Əslində, bundan da çıxış yolu var. Ya xaricdə gedib oynayacaqlar, ya da komandalar artırılacaq ki, uşaqlar orada çıxış edə bilsinlər. Çünki hər klubdan 100 uşaq çıxanda görün bu nə qədər futbolçu edir. Axı onlar haradasa oynamalıdırlar. Tutaq ki, 20 faiz xaricə getdi, bəs qalanları? Bu, çox böyük rəqəmdir. Görünən odur ki, çoxu gedib I liqada oynayacaq, ən yaxşıları isə Premyer Liqaya qalxacaq. Hazırki qərarlar gedişatı bu yöndə aparır. İstənilən halda, bu strategiya üzərində xeyli işləmək lazımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər