top
Maksim Medvedev: Macarıstana qarşı oyunda futbolçular bacardıqlarını 100 faiz ortaya qoymalıdırlar Report.az
10 iyun 2025, 14:24
- ↺ +

Maksim Medvedev: Macarıstana qarşı oyunda futbolçular bacardıqlarını 100 faiz ortaya qoymalıdırlar

Bu gün keçiriləcək yoldaşlıq görüşündə Macarıstana qalib gəlmək üçün Azərbaycan millisinin futbolçuları bacardıqlarını yüz faiz ortaya qoymalıdırlar.

Bunu "Report"a yığmanın sabiq kapitanı Maksim Medvedev deyib.

O, Macarıstan yığmasının açıq futbol oynayacağını düşünür:

"Macarıstanın heyətində daha səviyyəli futbolçular var. Ona görə də çox diqqətli, əzmkar, soyuqqanlı olmalıyıq. Bizim futbolçular da təcrübəlidirlər, əksəriyyəti Avropa səviyyəsində oynayıblar. Minimum səhv etsələr, meydanda bir-birilərini başa düşsələr, nəticə qazanmaq mümkün olacaq. Oyundan da çox şey asılıdır. Bəzən alınır, ortaya yaxşı nəticə çıxır. Bəzən də, rəqibin zəif olmasına baxmayaraq, oyun alınmır. Burada baş məşqçinin də rolu çox önəmlidir. Necə strategiya quracaq, futbolçuları hansı şəkildə oynadacaq... Oyunçular da məsuliyyətli olmalı, baş məşqçinin tapşırıqlarını yerinə yetirməli və qalib gəlmək üçün bacardıqlarını 100 faiz ortaya qoymalıdırlar".

M.Medvedev mövqelər üzrə maksimum diqqətli olmağın vacibliyini bildirib:

"Macarıstan yığmasının son oyunlarına baxmamışam. Heç bilmirəm ki, hazırda heyətdə kimlər çıxış edir. Oynadığım dönəmlərdən bilirdim ki, həmişə ən yaxşı səviyyədə olan komandadır. Onlara qarşı oynamaq çox çətindir. Çünki fiziki cəhətdən güclü, sürətli, texnikalı futbolçuları var. Ona görə də hər epizodlarda, mövqelər üzrə diqqətli olmalıyıq. Çünki belə rəqibə bir az şans versən, boşluq buraxsan, səni cəzalandıracaq".

Sabiq müdafiəçi iyunun 7-də Latviya ilə baş tutan yoldaşlıq görüşünün nəticəsini də səyərləndirib:

"Latviya ilə oyundan öncə heyətlərə və sistemə baxdım. Hər iki komandanın müdafiə futbolu seçdiyi görünürdü: biri 5-4-1, digəri 5-3-2 sisteminə üstünlük vermişdi. Komandalar bir-birindən bir az çəkinirdilər. Heç biri açıq futbol oynamağa risk etmirdi. Ona görə də oyun daha qapalı, intensivlik də aşağı idi. Yığmanın əsasən uzun ötürmələrə üstünlük verdiyini gördük. Ancaq bəzi tapşrıqlar qapalı oyun səbəbindən alınmırdı. Düzdür, qalib gələ bilərdik, amma heç-heçə oynadıq. Latviya millisi ilə heç-heçə sevindirici olmasa da, üzücü də deyildi. Çünki səfər oyunu idi".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv iyunun 7-də səfərdə Latviya ilə yoldaşlıq matçında qolsuz heç-heçə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Oxşar xəbərlər