top
Maksim Medvedev: İnter Çempionlar Liqasında qələbə qazanmağa daha yaxındır Report.az
08 may 2025, 16:54
- ↺ +

Maksim Medvedev: "İnter" Çempionlar Liqasında qələbə qazanmağa daha yaxındır

"Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev UEFA Çempionlar Liqasının yarımfinal matçları və final görüşü ilə bağlı fikirlərini bölüşüb.

O, bu barədə "Report"a açıqlama verib.

M.Medvedev "İnter"in (İtaliya) "Barselona"ya (İspaniya) qarşı çox yaxşı hazırlıq gördüyünü deyib:

"İnter"lə "Barselona" arasında keçirilən ilk oyundan əvvəl çox insan düşünürdü ki, İspaniya klubu mərhələ adlayacaq. Amma oyun göstərdi ki, bu heç də asan olmayacaq. "İnter" rəqibi çox yaxşı təhlil etdi və oyuna hazırlaşdı. Həm də oyun baxımından geridə qalmırdı. "Barselona"da fərdi şəkildə güclü olan futbolçular var. Amma "İnter" kollektiv şəkildə, həm hücumda, həm də müdafiədə çox gözəl oyun göstərdi. Komanda hərtərəfli şəkildə hazır idi. Bu səbəbdən rəqibini üstələyə bildi. İkinci görüş də çox maraqlı alındı. Belə oyunlar təhlillər aparmaq üçün böyük materialdır".

Sabiq müdafiəçi PSJ (Fransa) və "Arsenal" (İngiltərə) arasında keçirilən digər yarımfinal matçına da toxunub:

"Fransa klubu müəyyən mənada üstün futbol sərgilədi. "Arsenal" kollektiv oyuna baxmayaraq, istədiyinə nail ola bilmədi. PSJ-nin heyətində də fərdi olaraq yaxşı, nəticə verə biləcək futbolçular var. Həm sürət, həm də komanda şəklində bir-birilərini tamamlayırdılar. Düşünürəm ki, bu səbəbdən "Arsenal"ı keçə bildilər".

Azərbaycan yığmasının sabiq kapitanı PSJ və "İnter" arasında baş tutacaq final matçının maraqlı olacağını gözləyir:

"PSJ ilə "İnter" arasında çox maraqlı final olacaq. Bəlkə də belə finalı çoxları gözləmirdi. "İnter" "Barselona"ya qarşı sərgilədiyi futbolu davam etdirsə, PSJ üçün çətin olacaq. Çünki əks-hücumlara, açıq futbola üstünlük verən komandadır. Fikrimcə, kollektiv oyun göstərən "İnter" UEFA Çempionlar Liqasının qalibi olmağa daha yaxındır. PSJ-nin futbolçuları fərdi şəkildə nəslərsə edərsə, "İnter"in qapısından qol keçirə bilərlər. Hamımız finalı səbirsizliklə gözləyirik. Mən öz fikirlərimi bildirdim, amma komandalar oyuna nə dərəcədə hazır olacaq - bunu zaman göstərəcək. Hər iki komandaya uğurlar arzulayıram. Çempion olmağa layiqdirlər".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə "İnter" "Barselona"nı (3:3, 4:3), PSJ isə "Arsenal"ı (1:0, 2:1) məğlub edərək finala yüksəlib. PSJ və "İnter" arasında həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər