top
Maksim Medvedev: Azərbaycan Premyer Liqasında rəqabət artıb, 'Qarabağ' çempion ola bilər Idman.biz
25 fevral 2026, 21:54
- ↺ +

Maksim Medvedev: "Azərbaycan Premyer Liqasında rəqabət artıb, 'Qarabağ' çempion ola bilər"

Bu mövsüm Azərbaycan Premyer Liqasında real rəqabət mühiti formalaşıb.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev deyib.

O AZƏRTAC-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə çempionat daha gərgin və çətin keçir: "Məsələn, əvvəllər "Qarabağ" həm daxili çempionatda, həm də avrokuboklarda paralel mübarizə apara bilirdi. İndi isə ölkə çempionatında digər klublar da güclənib. Artıq heç bir oyun asan deyil və xal itkiləri qaçılmaz olur. Misal üçün, "Qarabağ" 17-ci turda "Kəpəz" ilə matçda 0:2 hesablı məğlubiyyət yaşadı. Halbuki kağız üzərində belə nəticə gözlənilmirdi. Sıx qrafik və yorğunluq da təsir göstərir".

Maksim Medvedev sabiq komandasının çempionluq şanslarını yüksək qiymətləndirib: "Qarşıda hələ çox qarşılaşma var. Mən komandaya inanıram və əminəm ki, lider "Sabah"la mövcud xal fərqini azaldacaq və yenidən liderliyə yüksələcək. Arzum budur ki, gələn mövsüm də Azərbaycanı Çempionlar Liqasında məhz "Qarabağ" təmsil etsin".

Veteran müdafiəçi qeyd edib ki, başqa komanda çempion olacağı təqdirdə, Çempionlar Liqasında daha güclü rəqiblərlə qarşılaşacaq və bu zaman ciddi suallar yaranacaq: "Həmin komanda ilk mərhələni keçə biləcəkmi, yoxsa yox? Bu da reallıqdır. Amma biz hər zaman ədalətli və idman prinsiplərinə əsaslanan mübarizənin tərəfində olmuşuq. Mövsüm boyu kim daha sabit, daha hazırlıqlı və daha güclü çıxış edirsə, çempion da o olmalıdır. Çempionluq təsadüf nəticəsində qazanılmır. Bu gün "Qarabağ" elə bir səviyyədədir ki, hətta 4 xal geridə olsa belə, gəlib çempion ola biləcək potensiala malikdir".

Qeyd edək ki, 21 turdan sonra "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qarabağ" isə 45 xalla ikincidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Oxşar xəbərlər